Accessibility links

ABŞ Senatı iqtisadi yardım paketini müzakirə edir


Bu gün ABŞ Senatı ölkə iqtisadiyyatını stimullaşdırmaq məqsədilə bir neçə milyon dollarlıq yardım paketini müzakirə etmək üçün iclas keçirir. Senatda demokrat əksəriyyət və bəzi respublikaçılar dünən planla bağlı kompromis əldə edib. Senatın liderləri deyir ki, onlar 780 milyard dollarlıq planı təsdiq etmək üçün kifayət qədər dəstəyə malikdir. Bu gün həftəlik radio müraciətində ABŞ prezidenti Barak Obama tərəfləri bir araya gəldiyi üçün alqışlayıb. Respublikaçılar planın çox baha olduğu deyərək onun əleyhinə çıxır.

XS
SM
MD
LG