Accessibility links

Yaraqlılar girov götürülmüş polşalı mühəndisin başını kəsdilər


Pakistanda Taliban yaraqlıları olmaqda şübhəli bilinən şəxslərin dörd ay bundan əvvəl oğurlanmış polşalı mühəndisin başını kəsdiyi video nümayış etdirilib. Pakistanda girov götürülmə və xarici vətəndaşlara qarşı hücumların son zamanlar yüksək səviyyəyə qalxdığı bildirilir. Belə hadisələrin əsasən Əfqanıstanla sərhəd yaxınlığında baş verdiyi deyilir.

Polşalı mühəndis Pyotr Stanzak belə qurbanlardan biridir. Mühəndisoğurlanandan sonra yaraqlıar onun əvəzindəhəbsxanada olan 60 Taliban üzvünün azad edilməsini tələb etmişdilər. Lakin dünən yerli media tərəfindən maskalı bir şəxsin polşalı mühəndisin başını kəsdiyi video nümayiş etdirildi. Yerli media Taliban sözçüsünün dediklərinə əsaslanaraq, xarici vətəndaşı Pakistan hökumətinin onların tələbinə əməl etmədiyinə görə qətlə yetirildiyini bildirib.

İslamabaddakı Polşa səfirliyinin sözçüsü Pyotr Adamkyeviç Amerikanın Səsinə veridyi müsahibəsində 7 dəqiqəlik video-lenti gördüyünü və bunun həqiqətə uyğun olduğunu deyib. Taliban yaraqlıları isə onların tələbi yerinə yetirilməyincə cəsədi verməyəcəklərini bildirmişlər. Polşalı mühəndisin qətlə yetirilməsi 2002-ci ildə ABŞ jurnalisti Daniel Perlün başının kəsilməsindən bəri ikinci bu növ qətl aktıdır.

XS
SM
MD
LG