Accessibility links

Senat 838 milyard dollarlıq iqtisadi stimullaşdırma paketini qəbul etdi


Birləşmiş Ştatlar Senatı 838 milyard dollarlıq iqtisadi stimullaşdırma paketini qəbul edərək, prezident Obamaya tənəzzüldə olan iqtisadiyyatı dirçəltmək səylərində qələbə təmin edib.

Plan 61 lehinə 37 əleyhinə səslə qəbul edilib. Senat qanun layihəsini bundan öncə Nümayəndələr Palatasında qəbul edilmiş bir qədər fərqli variantla uyğunlaşdırmalıdır. Nümayəndələr Palatası və Senat qanun layihəsinə imza atmaq üçün prezidentə göndərilməzdən əvvəl güzəştli variant hazırlamalıdır.

Prezident Obama iqtisadi stimullaşdırma planına ictimai dəstək qazanmağa çalışaraq, amerikalılarla görüşlər keçirir. Cənab Obama qanun layihəsinin imzalanmaq üçün gələn həftəyə qədər ona göndərilməsini istəyir.

XS
SM
MD
LG