Fransa prezidenti Nikola Sarkozinin sözlərinə görə, onun ölkəsi 2003-cü ildə ABŞ-ın müdaxiləsi ilə
korlanan münasibətlərin bərpası məqsədi ilə İraqa iqtisadi və siyasi dəstək
verəcək. Cənab Sarkozi bu gün Bağdada gözlənilməz səfər edib. Bu, onun İraqa
ilk səfəridir. Fransa lideri İraq prezidenti Cəlal Təlabani və baş nazir Nuri
əl-Maliki ilə görüşüb. O, iraqlı həmkarına deyib ki, dünyanın güclü və vahid
İraqa ehtiyacı var. Cənab Sarkozinin səfəri 2003-cü ildən bəri Fransa
rəhbərinin İraqa ilk səfəridir. Fransanın güclü müharibə əleyhdarı olması
Fransa-Amerika münasibərlərinə təsir göstərib. 2007-ci ildə hakimiyyətə gələn
Sarkozi isə münasibətlərin bərpasına çalışır.