Accessibility links

Dmitri Medvedev: Rusiya NATO ilə qarşılıqlı faydalanma prinsipi əsasında münasibətlər qurmaqda maraqlıdır


Rusiya prezidenti Dmitri Medvedev deyib ki, Rusiya NATO ilə münasibətləri bu əlaqələr üçüncü bir ölkəyə qarşı yönəlmədiyi halda "qarşılıqlı faydalanma" əsasında qurmaqda maraqlıdır. Cənab Medvedev bu açıqlamaları Rusiyanın NATO-dakı səfiri Dmitri Roqozinlə televiziya vasitəsilə yayımlanan görüşü zamanı verib. Rusiya prezidenti deyib ki, onun administrasiyası mütəşəkkil cinayət, narkotik maddələrin beynəlxalq qaçaqmalçılığı və hərbi münaqişələr kimi geniş məsələlərin müzakirəsinə hazırdır. Təhlilçilərin fikrincə, Dmitri Medvedevin açıqlamaları Rusiya liderlərinin dediyi kimi, ABŞ prezidenti Barak Obama administrasiyasının müsbət tonuna cavabdır. Rusiyanın Xarici işlər nazii Sergey Lavrov dünən Moskvada qeyri-hökumət təşkilatlarının nümayəndərilə görüşü zamanı eyni məzmunlu açıqlamalarla çıxış edib.

XS
SM
MD
LG