Accessibility links

Qurbanqulu Berdiməhəmmədov İrana gedir


Türkmənistanın xarici işlər naziri deyir ki, prezident Qurbanqulu Berdiməhəmmədov bu həftə İrana rəsmi səfər edəcək.

Nazirliyin bəyanatında deyilir ki, yüksək səviyyəli danışıqlar yeni regional və beynəlxalq siyasi reallıqlar fonunda iki ölkə arasında əlaqələri əhatə edəcək.

İran radiosu isə türkmən xarici işlər nazirinə istinadən gözlənilən səfərin cümə günü başlayacağını xəbər verib.

XS
SM
MD
LG