Accessibility links

Müharibə Cinayətləri üzrə Beynəlxalq Məhkəmə Sudan prezidenti haqda qərar çıxarmadığını bildirir


Müharibə Cinayətlərinə üzrə Beynəlxalq Məhkəmə Sudan prezidenti Ömər əl-Bəşirin həbsilə bağlı qərar çıxardığl haqda xəbərləri təkzib edib. Məhkəmə BMT rəsmiləri tribunalın hakimlərinin prezident Bəşirin həbsinə order verməyə hazırlaşdıqlarını və bunu ictimaiyyətə ayın sonu açıqlayacaqlarını bildirməsindən sonra bu gün qısa bəyanat verib. Bəyanatda deyilir ki, hakimlər beynəlxalq tribunalın Sudanın Darfur regionunda soyqırım törətməkdə ittiham etdiyi cənab Bəşirin həbsinə dair qərar çıxarıb-çıxarmamaq məsələsində bir razılığa gəlməyiblər. Baş prokuror Luiz Moreno-Okampo cənab Bəşirin həbsinə orderin verilməsini məhkəmədən keçən il istəmişdi.

XS
SM
MD
LG