Accessibility links

Həmid Karzay Amerika və İranı dialoqa səsləyib


Əfqanıstan prezidenti Həmid Karzay Amerikanı və İranı dialoqa səsləyib. Cənab Karzay ölkəsinin strateji müttəfiqləri arasında danışıqların Əfqanıstan və bütöv region üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.

CNN telekanalına müsahibəsi zamanı Əfqanıstan prezidenti İranın əfqan hökumətini devirməyə cəhd edən Taliban qüvvələrinə yardım etdiyinə dair Amerikanın məlumatının əhmiyyətini azaltmağa çalışıb. O bu barədə xəbərləri eşitdiyini, lakin bunun ciddiliyinə inanmadığını bildirib.

XS
SM
MD
LG