Accessibility links

Yaponiyanın maliyyə naziri istefa verdi


Yaponiya baş naziri Taro Aso İqtisadiyyat naziri Kaoru Yosanonu maliyyə naziri vəzifəsindən istefa vermiş Şoiçi Nakaqavanın yerinə təyin edib. Nakaqava parlamentin milli büdcəni təsdiq edənədək ofisdə qalacağını bildirmişdi, lakin bir neçə saat sonra o, istefasını açıqladı. Şənbə günü Romada Yeddilər qrupunun mətbuat konfransında sərxoş göründüyünə görə müxalif qanunvericilər Nakaqavanın istefasına çağırmışdılar. Bazar Ertəsi Nakaqava mətbuat konfransından əvvəl azacıq şərab içdiyini demişdi. Nakaqava deyir ki, o, mətbuat konfrasında dağınıq çıxışına başlıca səbəbinin dərmanlar olduğu haqda həkimdən parlamentə arayış təqdim edəcək.
XS
SM
MD
LG