Accessibility links

ABŞ prezidenti iqtisadi stimullaşdırma planına imza atdı


ABŞ prezidenti Barak Obama bu gün 787 milyard dollarlıq iqtisadi yardım paketini imzaladı.Bu, ölkədə iqtisadi vəziyyətin daha pisləşməsinin qarşısının alınması səylərində prezidentin böyük qələbəsi hesab edilir.Cənab Obama “Amerika Bərpa və Reinvestisiya aktı”na bu gün Kolorado ştatının Denver şəhərində imza atıb.Qanun layihəsinə ABŞ iqtisadiyyatını tənəzzüldən çıxarmaq üçün hökumət xərləri və vergi ixtisarları daxildir.Obama administrasiyası bildirir ki, plan iş yerlərinin yaradılması və iqtisadi artıma kömək edəcək.Ağ Ev xəbərdarlıq edib ki, iqtisadi vəziyyətin düzəldiyinə işarələr gələn ilə qədər gözlənməməlidir.İqtisadi stimullaşdırma paketi Demokratların nzəarətində olan Konqresdə kəskin debatlara səbəb olub. Konqres qanun layihəsini səsvermənin partiya mənsubiyyətinə görə keçdiyi şəraitdə təsdiq edib.Respublikaçıların çoxu planın işə yarayıb-yaramayacağını sual edirlər.

XS
SM
MD
LG