Accessibility links

Tehran məhkəməsi azərbaycanlı müəllimi zaminə buraxmaqdan imtina etdi


İrandakı mənbələrin verdiyi məlumatlara görə, 3 ay əvvəl Tehranda Səttarxanın anım mərasimində həbs olunmuş Rəcai Universitetinin müəllimi Abdulla Abbasi hələ də naməlum vəziyyətdə “Evin” həbsxanasında saxlanılır.

Qeyri-rəsmi mənbələr məhbusun yaxınlarına istinadən bildirir ki, Rey Şəhərinin İslam İnqılabı Məhkəməsinin 11-ci şöbəsində keçirilən son məhkəmə iclası zamanı cənab Abbasinin ailəsi onun zaminə buraxılmasını xahiş etsə də, hakim Mufərsəti bunu təmin etməyib.

Hakim məhkəmə araşdırılmasının sonunadək fəalın həbsdə saxlnmasına qərar verib.

Hüquq müdafiəçiləri isə cənab Abbasıyə qarşı ötən il çıxarılan 1 illik şərti azadlıqdan məhrum edilmə cəzasının növbəti məhkəmə qərarına əlavə ediləcəyindən və azərbaycanlı fəalın uzun müddətə azadlıqdan məhrum edilə biləcəyindən ehtiyat edirlər.

Abbasinin bacısı oğlu Hüseyn Hüseyni, Ərdəbil İslam İnqılabı Məhkəməsi tərəfindən 5 il həbs cəzasına məhkum edilib.


XS
SM
MD
LG