Accessibility links

Benyamin Netanyahu İsrailin növbəti lideri ola bilər


İsrailin keçmiş baş naziri Benyamin Netanyahunun ifrat-sağçı siyəsətçilər tərəfindən dəstəklənməsi ona ölkənin növbəti lideri olmaq imkanı yaradıb. `Yisrael Beyteynu` partiyasının lideri Aviqdor Liberman bu gün prezident Şimon Pereslə görüşü zamanı partiyasının Netanyahunu dəstəklədiyini deyib. Keçən həftə keçirilən parlament seçkilərində namizədlərdən heç biri, nə cənab Netanyahu, nə də xarici işlər naziri Tzipi Livni qalib gəlməyib. Libermanın partiyası isə koalisiya hökuməti yaradacağını deyərək, üçüncü yeri əldə edə bilib. Liberman Benyamin Netanyahunu Kadima partiyası da daxil edilməklə, koalisiya hökuməti quracağına görə dəstəklədiyini deyir. Kadima partiyasının rəsmiləri isə xanım Livninin koalisiya hökumətinə qoşulmayacağını deyirlər.

XS
SM
MD
LG