Accessibility links

Qırğızıstan parlamenti ‘Manas’ın bağlanmasına səs verdi


Qırğızıstan parlamenti ABŞ qüvvələrinin Manas Hərbi Hava Bazasından çıxarılmasını nəzərdə tutan qərarı təsdiq edib.

Bu baza Əfqanıstandakı əməliyyatların təchizatında əsas rol oynayırdı. Parlament Qırğızıstan prezidenti Kurmanbek Bakiyevin Amerika qüvvələrinin bazadan istifadəsinə son qoymaq barədə qərarını böyük səs çoxluğu ilə 78 səs lehinə, 1 səs əleyhinə səslə təsdiq edib.

Bakiyevin Ak Jol partiyası parlamentdə böyük üstünlük təşkil edr.

Əgər Bakiyev qanunu imzalasa və qərar qüvvəyə minsə o zaman ABŞ hərbi qüvvələri bazanı 180 gün ərzində tərk etməlidir.

Manas ABŞ hərbi qüvvələrinin regionda istifadə etdiyi yeganə bazadır.

XS
SM
MD
LG