Accessibility links

Ağ Evdə Merlər Konfransı təşkil edilib


ABŞ prezidenti Barak Obama bu gün Ağ Evdə təşkil edilən Merlər Konfransında şəhər liderlərinin 787 milyard dollarlıq iqtisadi xilas paketinin xərclənməsinin məsuliyyətini daşıdığını deyib.

Prezident və kabinet üzvləri ilə toplantıya Amerikanın 85 şəhərinin meri qatılıb. Barak Obama deyib ki, iqtisadi stimullaşdırma paketi israfçılıq, saxtakarlıq və lazımsız xərclərə yol verilmədən sərf edilməldir.

ABŞ dövlət başçısı yerli hökumətlər bu kimi halların qarşısını almasa, administrasiyasının bütöv səlahiyyətlərindən istifadə etməklə buna mane olacağını deyib. Barak Obama bildirib ki, iqtisadiyyatın dirçəlişi merlərlə Ağ Ev arasında həqiqi tərəfdaşlıq tələb edir.

XS
SM
MD
LG