İsrail prezidenti Şimon Peres Benyamin Netanyahunu yeni hökumətin təşkilinə çağırıb. Televiziya ilə nümayış etdirilən görüş zamanı prezident Netanyahuya rəsmi şəkildə müraciət edib. Hakim koalisiyanın təşkili üçün onun 6 həftə vaxtı var.
Prezident Peres bundan əvvəl baş nazir vəzifəsinə iki namizəd- millətçi Likud partiyasından Benyamin Netanyahu və Kadima partiyasından xarici işlər naziri Tzipi Livni ilə ayrı-ayrı görüşlər keçirib.
Kadima partiyası parlament seçkilərində artıq bir yer əldə etsə də, koalisya hökumətinin təşkilinə dair lazımi dəstək əldə edə bilməyib.