Accessibility links

Misir polisi partlayışla bağlı üç şübhəlini həbs edib


Misir polisi bildirir ki, bazar günü Xan Xəlilidəki tarixi və turistlərin sevdiyi məntəqə olan Hüseyn məscidi yaxınlığındakı kafenin kənarında bomba partlayışı nəticəsində 17 yaşlı fransız qızın həlak olması və azı 24- nəfərin isə yaralanması ilə bağlı 3 nəfəri sorğu-suala tutmaq üçün həbs edib. Rəsmilər xəsarət alanların arasında Fransa, Almaniya, Səudiyyə Ərəbistanı və Misir vətəndaşlarının olduğunu bildirirlər. Rəsmilər həmçinin deyirlər ki, polis həmin məntəqədə ikinci bir bomba tapmış, lakin onu zərərsizləşdirmişdi. Polisi həbs etdiyi adamlara qarşı dəlil olduğu barədə məlumat verməyib. Hələlik heç bir qrup əmliyyatın məsuliyyətini öz üzərinə götürməyib.
XS
SM
MD
LG