Accessibility links

İraqda zorakılıqlar zamanı 5 adam həlak olub


İraq rəsmiləri bildirir ki, bu gün Bağdadda baş verən zorakılıqlar nəticəsində təhlükəsizlik qüvvələrin 2 zabiti daxil olmaqla azı 5 nəfər həlak olub. Rəsmilər deyirlər ki, naməlum silahlı şəxslərin Bağdadın qərbindəki Qəzəliyyə ordu keçid məntəqəsini atəşə tutmaları nəticəsində 2 təhlükəsizlik zabiti və bir mülki vətəndaş həlak olub. Rəsmilər həmçinin bildirirlər ki, polis keşikçisi Bağqadın mərkəzindəki Kənd Təsərrüfatı nazirliyinin binasının yanından keçən vaxt, yol kənarında yerləşdirilmiş bomba partlayışı nəticəsində 2 nəfər həlak olub və 6 nəfər isə yaralanıb. Birləşmiş Ştatların hərbi qüvvələri təhlükəsizliyin məsuliyyətini İraq ordusuna təhvil verib. Cədvələ əsasən ABŞ hərbi qüvvələri 2011-ci ildə İraqı tərk etməlidir.
XS
SM
MD
LG