Accessibility links

Mahmud Əhmədinejad Afrikadadır


İran prezidenti Mahmud Əhmədinejad Afrika səfəri çərçivəsində Cibutidə olub. Onun növbəti dayanacaqlarına Keniya və Kamor daxildir. İran dövlət mətbuatı deyir ki, Cibuti prezidenti İsmayıl Ömər Qelle cənab Əhmədinejadı bu gün qəbul edib. İki liderin yüksək vəzifəli nümayəndə heyətləri ilə birgə günün sonunda prezident sarayında danışıqlar keçirəcəyi gözlənilir. Afrikaya səfər etməmişdən öncə prezident Əhmədinejad jurnalistlərə deyibk i, İran Şərqi Afrika dövlətləri ilə siyasi, sosial və iqtisadi əlaqələr qurmağa maraqlıdır. İran dövlət başçısının bu ölkələrlə ikitərəfli əməkdaşlığı və iqtisadi münasibətləri genişləndirəcək sazişlər imzalayacağı gözlənilir.
XS
SM
MD
LG