Accessibility links

ABŞ Dövlət Departamenti insan hüquqlarına dair illik hesabatını açıqladı


ABŞ Dövlət Katibi Hillari Klintonun rəhbərlik etdiyi qurum 2008-ci ildə dünya boyu insan hüquqlarının vəziyyətinə dair illik hesabatını açıqlayıb. Sənəddə ötən il ərzində azadlığa olan təlabatın genişləndiyi, eyni zamanda hökumətlərin məhdudlaşdırıcı vasitələrə əl atdığı vurğulanır. Departament bildirir ki, insan hüquqları ilə bağlı durumun keyfiyyəti cəmiyyətdə azad və ədalətli seçkilərin keçirilməsi, qanunun aliliyi və ölkədə demokratik təssisatlarının mövcudluğundan asılıdır. Hesabatın xüsusi olaraq qeyd edilən Azərbaycana dair hissəsində İlham Əliyevin beynəlxalq standardlara uyğun gəlməyən seçkilərdə qalib gəldiyi göstərilir. Sənəddə siyasi pariyalara və media qurumlarına tətbiq edilən qadağalar vurğulanır. 2007-ci ildəki 11 insidentlə müqayisədə ötən il Azərbaycanda jurnalistlərə qarşı 22 şifahi və fiziki hücumlar qeydə alınıb. Azərbaycan hökumətinin Azadlıq Radiosu, Amerikanın Səsi və BBC-nin yayımlarını yerli dalğalarda qadağan edilməsi ölkə ictimaiyyətini qərəzsiz media orqanlarına çıxışdan məhrum edib.
XS
SM
MD
LG