Accessibility links

Daha iki təbrizli fəal barəsində həbs qərarı çıxarıldı


Azərbaycanlı fəallar Həmid Vəlai və Qulam Nəcəfi barəsində bir il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

Qeyri-rəsmi mənbələrin yaydığı xəbərlərə görə, Təbrizin İslam İnqılabı Məhkəməsinin 2-ci şöbəsi tərəfindən Cinayət Məcəlləsinin “Dövlətçiliyə qarşı əks-təbliğat” maddəsi üzrə təqsirli bilinən azərbaycanlı fəalların haqqında çıxarılan 1 illik həbs cəzasının 9 ayı 5 il müddətinə dondurulub.

“Günəş” dərgisinin yazarları Həmid Vəlai və Qulam Nəcəfi “Azərbaycanda May üsyanları” başlıqlı analitik yazı dərc etdiklərinə görə, bir neçə ay əvvəl Təbrizin Ettelaat əməkdaşları tərəfindən həbs olunmuş, 15 gün müddətinə qapalı təcridxanada saxlandıqdan sonra zaminə buraxılmışdılar.

İnsan haqları müdafiəçilərinin bildirdiyinə görə, saxlanıldığı müddətdə Həmid Vəlaiyə ağır fiziki və psikoloji işkəncələr verilib.

XS
SM
MD
LG