Accessibility links

Qəzaya uğramış təyyarənin qalıqları araşdırılır


Hollandiyalı müstəntiqlər dünən qəzaya uğramış Türkiyə Hava Yollarına məxsus təyyarənin qalıqlarını analiz edirlər. 127 sərnişin və 7 ekipaj üzvünü daşıyan Boeing 737 palçıqlı əraziyə düşüb və 3 hissəyə bölünüb. Qəza zamanı yanğın baş verməyib. Hadisənin cərayan etdiyi ərazinin meri deyib ki, 9 nəfər həlak olub, 63 sərnişin isə xəstəxanaya çatdırılıb. Onlardan 6-nın vəziyyəti ağırdır. Qəza zamanı təyyarənin hər 3 pilotu həlak olub. Mer deyib ki, təyyarənin sərnişinləri arasında ABŞ və Böyük Britaniya daxil olmaqla 9 dövlətin vətəndaşı olub. Sərnişinlərin əksəriyyətini isə türklər və hollandlar təşkil edib.
XS
SM
MD
LG