Accessibility links

İrana qarşı yeni sanksiyalar təklif olunur


“Avropanın 3 dövləti nüvə proqramı səbəbilə İrana qarşı yeni sanksiyaların tətbiqini təklif edir”. Bu barədə məlumatı Böyük Britaniyanın “Financial Times” qəzeti yayıb.Qəzetin yazdığına görə, Fransa, Almaniya və Böyük Britaniya Avropa Birliyinin yeni sanksiyasının mümkün hədəflərini tərtib edib. “Financial Times” bu təklifi ABŞ-ın davam edən İran siyasətinin nəzərdən keçirilməsi ilə bağlayır, ancaq qəzet yazır ki, diplomatlar bu məqsədlə razı deyillər. Bəzilərinin sözlərinə görə, ölkələr ABŞ-ın İrana təzyiqlərini gücləndirməsini istədiyi təqdirdə, digərləri bu sanksiyalar siyahısının Vaşinqtonun İranla münasibətlərini normallaşdırmağı nəzərdə tutduğunu deyirlər.
XS
SM
MD
LG