ABŞ
dövlət katibi Hillari Klinton Qəzza Zolağının yenidən qurulması barədə
danışıqlar aparmaq üçün Yaxın Şərqə yola düşüb. Klinton Vaşinqtonu dünən tərk
edib və Misirə bu gün çatacağı gözlənilir. O sabah Misirin Şərm Əl-Şeyx
şəhərində donorların konfransında iştirak edəcək və beynəlxalq ictimaiyyətin
digər üzvləri ilə birgə Qəzzada humanitar böhranın qarşısının alınmasını
müzakirə edəcək. Xanım Klintonun Qəzza Zolağının bərpasına söz verəcəyi
gözlənilir. O deyib ki, ayrılacaq vəsait yalnız ABŞ-ın məqsədləri çərçivəsində
xərclənəcək. Dövlət katibinin sözlərinə görə, pullar 2007-ci ildən Qəzzaya
nəzarət edən Həmasa verilməyəcək. Çərşənbə axşamı isə Hillari Klinton İsrailə
və İordan çayının qərb sahilinə gedərək liderlərlə görüşəcək və problemin
həllini və İsrailin təhlükəsizliyini müzakirə edəcək.