Accessibility links

Sevil Yusifova ilə JQA-nın 6 Mart tədbiri və illik mükafatları barədə müsahibə


Sual Jurnalist Qadınlar Assosiyasiyasının illik mükafatlarının verilməsi bu il həm də təşkilatın yaranmasının 10 illiyinə təsadüf edir. Rəhbəri olduğunuz təşkilatın on il ərzindəki hansı mühüm nailiyyətlərini yada salmaq istiyərdiniz?

Cavab On il dalbadal demek olar ki,bir ənənə halını almış bu tədbirin keçirilməsi, jurnalistka sahəsində oz peşəsilə seçilən qadınların mükafatlandırılması və xüsusi diplomlarla təltif edilməsi əslində onların əməyinə verilən bir qiymətdir. Bu həm də cəmiyyətin mətbuata olan münasibətinin bir göstəricidir. Çünki biz orda yalniz “İlin Qadın Jurnalistini” seçmirik, eyni zamanda jurnalist qadınlara dəstək olan qurumları və yaxud məmurları,diplomatları və diplomatik korpusları da seçirik. Onlar nə dərəcədə mətbuata açıqdırlar,nə dərəcədə jurnalistə informasiya verirlər.

Nailiyyətlərimizdən biri kimi onu gostərə bilərik ki, biz region televiziyalarına böyük diqqət yetiririk. Məsələn Tovuzda yayımlanan SMTV ilə cox güclü işlərimiz olub. Orda maarifləndirmə işləri aparmışıq. Eyni zamanda bizim Bakıda hazırladığımız verilişlərin regionda yayımlanması onların bazasının möhkəmlənməsinə və peşəkarlığının artmasına kömək edir.

Sual Mükafatı alacaq olan şəxslərin və ya qurumların seçilməsi prosesi necə aparılır?

Cavab Əvvəlcə jurnalist qurumlar, yazılı mətbuat, elektron mətbuat və internetsaytlar arasında bir sorğu keçirilir sonra isə idarə heyyəti, rəhbərlik tərəfindən mükafatların kimlərə veriləcəyi bu sorğunun nəticələri nəzərə alınaraq müəyyən edilir.

Sual Bu il sizin təşkilat tərəfindən başlıca hansı sahələrdə və kimlərə mükafat veriləcək?

Cavab Əsasən son dövrlər keçirdiyimiz monitorinqlərdən aydın olur ki, siyasi və analitik yazılar yazan jurnalist qadınların sayı azalır. Biz çalışacağıq ki, ciddi yazılar yazan, ciddi xəbər verən, reportajlar hazırlayan jurnalistlərə xüsusi önəm verək. Ən başlıcası odur ki, biz mətbuatın inkişafında xüsusi rolu olan qadın jurnalistləri mükafatlandırırıq. Bu il bu sahədə mükafat Bəsti Əlibəyliyə veriləcək. O tərəqqi medalı almış ilk qadın jurnalistdir. ”İlin Qadın Jurnalisti” nominasiyasının sıralarında İTV-dən Səidə xanımın,"Xəbər.az" İnformasiya Agentliyinin baş redaktoru və baş direktoru Gülnarə xanımın adı keçir. O cümlədən jurnalist qadınların xüsusi layihələrinə dəstək verən qurumlardan "Ker-Mur" plaza xüsusi diploma layiq görüləcəkdir.Və mətbuata ən çox açıq olan diplomat mükafatına Türkiyənin Azərbaycandaki fövqalədə və səlahiyyətli səfiri Hulusi Kılıç layiq görülüb. Onu da qeyd edim ki, bu nominasiyada ABŞ-ın Azərbaycandakı səfiri xanım Enn Dersi də eyni sayda səs yığıb. Sadəcə biz keçən il xanım Dersiyə mükafat verdiyimiz üçün bu il səfir xanima mükafat yox, çıxış üçün vaxt verəcəyik, amma mükafat Hulusi bəyə veriləcək.

XS
SM
MD
LG