Accessibility links

Hillari Klinton bu gün Sergey Lavrovla görüşür


ABŞ dövlət katibi Hillari Klinton və Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Cenevrədə görüşəcəklər.

Bu, Klintonun ABŞ xarici siyasət idarəsinə başçılıq etməsindən bəri iki nazir arasında ilk formal dialoq olacaq.

Klinton bu səhər Brüsseldə deyib ki, Moskva ilə Vaşinqton arasında müzakirələrin başlanması üçün bir çox mövzular var.

ABŞ dövlət katibi habelə vurğulayıb ki,tərəflər terrorizm və digər sahələrdə əməkdaşlıq edə bilərlər. Xanım Klinton tərəflər arasındakı fikir ayrılıqlarından da bəhs edib.

Belə ki, Vaşinqton ötən il Rusiyanın Gürcüstana hərbi təcavüzündən narahatdır.


ABŞ dövlət katibi Cenevrəyə Brüsseldə NATO xarici işlərnazirinin görüşündən sonra yola düşüb.

XS
SM
MD
LG