Accessibility links

AB Israilin məskunlaşma siyasətini qanunsuz ilhaq kimi qiymətləndirir


Avropa Birliyinin bu gün açıladığı hesabatında Israilin Şərqi Qüdsdə yəhudi yaşayış yerlərini artırması və ayrı-seçkiliklə həyata keçirilən məskunlaşma siyasəti qanunsuz ilhaq kimi qiymətləndirilir. Hesabatda deyilir ki, İsrail yəhudilər üçün əlavə evlərin inşasını plaşdırdığı halda, fələstinlilərin evlərini dağıdır.

Hesabatda İsrailin 3000 yeni evin inşasına dair planı təsdiq etdiyi deyilir. İsrail isə qeyri-qanuni şəkildə tikildiyini iddia edərək, fələstinlilərin 80-dən artıq evinin uçurulaçağını elan edib. Keçən həftə Yaxın Şərq regionuna səfər edən ABŞ dövlət katibi Hillari Klinton da İsrailin bu siyasətini yararsız adlandırmışdı.


XS
SM
MD
LG