Accessibility links

Beynəlxalq Qırmızı Xaç münaqişə zonalarında qadınlara tibbi xidmətləri artırmağa çağırır


Beynəlxalq Qırmızı Xaç komitəsi bildirir ki, müharibə zonalarında qadınların tibbi ehtiyaclarına ya əhəmiyyət verilmir, ya da onlara kifayət qədər diqqət göstərilmir.Bu gün Beynəlxalq Qadınlar günü münasibətilə Qırmızı Xaç qeyd edib ki, münaqişə zonalarında qadınlara tibbi xidmət göstərilməsi beynəlxalq humanitar qanunlarla nəzərdə tutulur.Komitənin üzvü Nadin Pueçgirbal deyib ki, döyüş zamanı yaralananlara tibbi yardım göstərilməsi prioritet hesab edilir.Bunun nəticəsində hamilə qadınlar da daxil olmaqla, btün qadınlara məhdud diqqət göstərilir.Qırmızı Xaç bildirir ki, analar arasında ölüm halları Əfqanıstan, Syerra Leone, Somali kimi ya müharibənin getdiyi, ya da müharibədən çıxmış ölkələrdə ən yüksək səviyyədədir.

XS
SM
MD
LG