Accessibility links

İsrail kəşfiyyatının başçısı İranın nüvə bombası istehsal edə bildiyinə inanır


Israilin hərbi kəfiyyat orqanlarının başçısı Nazirlər kabinetinə bildirib ki, İran seçimi olsa, indi nüvə bombası hazırlaya bilər. Kabinetin iclasında iştirark edən rəsmilər bildiriblər ki, general-mayor Amos Yadlin İranın artıq bombası olduğunu deməyib. Lakin o xəbərdarlıq edib ki, İran texnoloji səddi keçə bilib və nüvə başlığı hazırlaya bilər. Yadlin İranı qərblə nüvə məsələsi ətraında müzakirə apardığı vaxt bomba hazırlmaq üçün vaxt qazanmaqda ittiham edib. ABŞ Müdafiə naziri Robert Geyts keçən həftə deyib ki, İran nüvə bombası istehsal etməyə yaxın deyil. Beynəlxalq Atom Enerjisi agentliyi deyib ki, İran 1010 kiloqram zənginləşdirilmiş urana malikdir. Bu, nüvə enerjisindən istifadə üçün kifayət hesab edilir.

XS
SM
MD
LG