Accessibility links

Əfqanıstanda təhlükəsizlik qüvvələrinə qarşı hücumlar üç qat artıb


Birləşmiş Ştatların hesabatında bildirilir ki, ötən il əfqan təhlükəsizlik qüvvələrinə qarşı hücumlar üç qat artıb.

Dünən açıqlanan sənədə görə, əfqan polisinə qarşı hücumların sayı 97-dən 289-a artıb. Hesabatda hər ay əfqan polisinin verdiyi itkinin 56 nəfər təşkil etdiyi bildirilir.

Bu səhər Əfqanıstanın cənubi Helmənd vilayətində bomba partlayışı nəticəsində 3 adam ölüb, azı 5 nəfər isə yaralanıb.

Rəsmilər partlayışın Nad Əli şəhərində baş verdiyini bildirilər.

Əfqanıstanın xaş-xaş istehsal olunan vilayəti Helmənddə ABŞ və NATO qüvvələri Talibana qarşı mübarizə aparırlar.


XS
SM
MD
LG