Əfqanıstan prezidenti Həmid Karzai və BMT-nin yüksək səviyyəli nümayəndəsi Kay Eyd İranda Əfqanıstanda yenidənqurma işləri də daxil edilməklə, regionda iqtisadiyyat mövzusunda İranda keçiriləcək sammitdə iştirak etmək üçünbu ölkəyə səfər edirlər. Sabah, martın 11-i başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının yığıncağında cənab Karzainin sammit iştirakçılarına müraciəti gözlənilir. İqtisadi Əməkdaşlıq Təşkilatının bildirdiyinə görə, Əfqanıstanda həyata keçiriləcək tranzit və ticarət sahəsində yeni layihələr hazırlanır. Sammitə ev sahibliyi edən İran sammitdə əsasən qlobal iqtisadiyyatdakı böhranın müzakirə ediləcəyini bildirib.
Türkiyə prezidenti Abdulla Gül
və Azərbaycan prezidenti İlham Əliyev də sammitdə iştirak etmək üçün
Tehrandadırlar. İran mediasının bildirdiyinə görə, İran
və Azərbaycan prezidentləri ticarət sahəsində bir neçə razılıq imzalamışlar. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvləri, Pakistan, Tacikistan
və Türkmənistan nümayəndələrinin də yığıncaqda iştirakı gözlənilir.