Accessibility links

Ərəb liderləri Riyadda bir araya gəlmişlər


Səudyyə Ərəbistanının kralı Abdulla bu gün Suriya və Misir liderlərinin Riyadda toplaşdığı yığıncağa ev sahibliyi edir. Yığıncağın məqsədi ərəb dünyasının həmrəyliyini nümayiş etdirməkdir. Misir prezidenti Hüsnü Mübarəkin bu yaxınlarda Qəzza Zolağında İsrailin hücumlarına məruz qalan Həması dəstəkləyən Suriyaya müraciət edəcəyi gözlənilir. Qahirə Həmas və Fələstindəki digər müxalifət qrupları ilə İsrail arasında sülh danışıqlarına vasitəçilik edir və bəzi müzakirəçilər Suriyanın bu danışıqlara mane olduğunu güman edirlər.Suriya prezidenti Bəşər Əl-Əssədin 2006-cı ildə İsraillə apardığı müharibə zamanı Həması dəstəkləmədiyini üçün Səudiyyə Ərəbistanı və digər ərəb ölkələrini təhqir etdiyinə görə bu ölkələr arasında gərginlik var idi.Bununla yanaşı Səudiyyə Ərəbistanı, Avropa Birliyi və digər dövlətlər Suriyanı İranı dəstəkləməkdən çəkindirməyə çalışırlar.

XS
SM
MD
LG