Accessibility links

Ukrayna Rusiyadan qaz idxalını azaldıb


Rusiya baş naziri Vladimir Putinin sözlərinə görə, Moskva Ukraynanı son müqavilədə razılaşdığı həcmdən az təbii qaz idxal etdiyinə görə cəzalandırmayacaq. Cənab Putin bu gün Sibirdə şaxtaçılara deyib ki, Ukrayna müflisləşmə ərəfəsindədir və müqavilənin şərtləri əsasında lazımı həcmdə qazı almaq iqtidarında deyil. Ukrayna keçən ay xəbərdarlıq etmişdi ki, qlobal iqtisadi tənəzzülün ciddi təsirləri səbəbilə ölkənin ödənişlərində bu il ikinci dəfə problem yarana bilər. Qlobal böhranın güclü təsir göstərdiyi ölkələrdən biri olan Ukrayna Beynəlxalq Valyuta Fondunun təstiq etdiyi kreditin növbəti hissəsinin ödənilməsini gözləyir.
XS
SM
MD
LG