İraq prezidenti Cəlal Talabaninin
yardımçıları bildirirlər ki, bu ilin
axırında prezidentin səlahiyyət müddəti bitdikdən sonra, o, prezidentliyə
namizədlyini irəli sürməyəcək.75 yaşlı
kürd lideri cənab Talabani 2005-ci ildə prezident seçilib. O, keçən il Birləşmiş Ştatlarda cərrahiyyə
əməliyyatından keçib. Rəsmilər
bildirirlər ki, cənab Talabani istirahət etmək niyyətindədir. Əsas səlahiyyətlər İraqın Baş Naziri Nuri Əl
Malikinin əlində cəmləşib. Parlament bir
prezident və onun iki vitse prezidentini müəyyən edir. Yeni parlament seçkiləri bu ilin axırında
planlaşdırılıb.