Accessibility links

Helmənddə 9 polis işçisi öldürülüb


Əfqanıstanın Helmənd vilayətində intiharçı hücumu nəticəsində 11 nəfər həlak olub. Onlardan 9-u polis işçisidir. Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, intiharçı özünü vilayətin paytaxtı Ləşkər Gah şəhərinin polis məntəqəsi qarşısında partladıb. Ölənlər arasında iki mülki vətəndaş da var. 29 nəfərin isə müxtəlif dərəcəli xəsarət aldığı bildirilir. Rəsmilər deyir ki, qumbara ilə silahlanmış başqa bir terrorçu Farah vilayətində bir polis işçisinin həyatına son qoyub. Yerli rəsmilər insident zamanı terrorçunun öldüyünü bildirir. Onun ölümü haqqında iki fərziyyə səslənir. Bəziləri polisin onu öldürdüyünü, digərləri isə onun bombanı işə salan zaman həlak olduğunu deyir.
XS
SM
MD
LG