Accessibility links

Qərb mətbuatı Azərbaycandakı referendum haqda


Azərbaycanda keçirilən konstitutsiya dəyişikliyi üzrə referendum Qərb mətbuatında yaxından izlənilir. Bir çox müşahidəçilərin fikrincə Azərbaycanda zəif sivil cəmiyyət İlham Əliyev hökumətinin ciddi müqavimət olmadan öz siyasətini davam etdirməsinə şərait yaradır. Lakin eyni zamanda ekspertlər xəbərdarlıq edir ki, dünya boyu enən neft qiymətləri ölkədə siyasi sabitliyin pozulmasına gətirib çıxara bilər. Washington Post qəzetinin onlayn nüsxəsində bugünükü referendumun İlham Əliyevə ömürlük prezident olmaq imkanı verəcəyi yazılır. Yazıda bildirilir ki, Əliyevlər ailəsi onilliklərlə Azərbaycan siyasətində dominantlıq ediblər. Hakim Yeni Azərbaycan Partiyası sabiq Kommunist lider Heydər Əliyevdən hakimiyyət batonunu almış oğlu İlham Əliyevin hakimiyyətinin 2013-cü ildən sonra da uzadılmasını istəyir. Müxalifət partiyaları və insan haqları qrupları Əliyev hakimiyyətinin möhkəmlənməsində demokratiyaya və azad sözə qoyulan məhdudiyyətlərin yardımçı olduğunu deyir. Müxalifət xalqı referendumu baykot etməyə çağırıb.

Əliyevlər hakimiyyəti dönəmində Azərbaycan neft sərvətləri sayəsində iqtisadi bum dövrünü yaşayıb. Lakin Röyterzin bu günkü məlumatında qlobal iqtisadi böhran fonunda situasiyanın qarışıq olduğu qeyd olunur. Bəzi analistlər bildirir ki, İlham Əliyevin hakimiyyətini möhkəmləndirməyə tələsməsinin səbəbi kəskin şəkildə düşən neft qiymətləri və qlobal iqtisadi böhrandır. Üzləşilən vəziyyət manatın məzənnəsini və xərcləmə layihələrini təhlükə qarşısında qoyur. Eyni zamanda baş alıb gedən korruspiya neft gəlirlərinin bakıdan kənara atlamasına imkan vermir. Hakim partiyanın nümayəndələri müxalifətin Əliyevi ölkəni avtoritarizmə sürükləməsi haqda iddialarını rədd edir. Parlametnin qanunçuluq siyasəti komissiyasının sədir Əli Hüseynov Röyterzə bildirib ki, əgər avtoritarizmə tenedensiya mövcud olsaydı, bu özünü son 10 ildə büruzə verərdi.

Blumberq məmcmusəində referendum haqda reportaj hazırlayan Helena Badvell səs verməyə gələn bir çox vətəndaşların Əliyev idarəçiliyini dəstəklədiyini qeyd edir. Maira Aminqusinova adlı qeyri hökumət təşkilatının rəhbəri Heydər Əliyevin müharibəni dayandırdığını və onun oğlunun problemləri həll etmək üçün əlindən gələni etdiyini deyir. Bakı ətrafındakı qaçqın sanatoriyasında yaşayan Əliyar Məmmədov isə deyir: Eyni adamın illərlə prezident olması qeyri demokratik görünür. Lakin o, evinə qayıda bilməməsinin günahını Əliyevdə görmür. Onun fikrincə Ermənistan Azərbaycan münaqişəsinin açarı Moskvanın əlindədir.

Müsavat partiyasının lideri İsa Qəmbər referendumu ölkədə sultanlığı bərpa etmək cəhdi kimi dəyərləndirərək xalqı baykota çağırdığını bildirib. Onlar Əliyev hökmranlığını uzatmaq istəyirlər, lakin bu plan əks effekt vərəcək, deyə müxalif lider bildirib.

XS
SM
MD
LG