Accessibility links

Qazaxıstanda silah-sursat anbarı yanıb


Qazaxıstan rəsmilərinin bildirdiyinə görə, bu gecə ölkənin Aris şəhəri yaxınlığındakı silah-sursat anbarında baş vermiş yanğın nəticəsində 2 adam həlak olub, 16 nəfər yaralanıb.

Rusiyanın İtar-Tass xəbər agentliyi xatırladır ki, bu anbardakı silah-sursatlar məhv edilməli idi və yaxınlıqda yaşayan sakinlər də artıq bu məqsədlə evakuasiya ediliblər.

Ötən ay Qazaxıstanın Müdafiə Nazirliyi Rusiyadan 10 raket batareyası almaq istədiyini açıqlamışdı.

XS
SM
MD
LG