Accessibility links

Roma Papası Anqolada nəhəng izdiham qarşısında moizə edib


Roma Papası XVI Benedikt Anqola paytaxtı Luandada bir milyon Xristianın iştirakı ilə Bazar messası keçirib. Öz moizəsində papa Afrika üzərində dolaşan “şər buludlar”la bağlı təəssüfünü izhar etmişdir. O, deyib ki, müharibə və acgözlük qitəni qarət edərək yaxşı cəmiyyət qurulmasına imkan verməyib. Roma Katolik lideri Luanda gənclər nümayişində basırıqda həlak olan iki qadının xatirəsinə dua oxuyub. Vatikan deyir ki, Benediktin çıxış etdiyi stadiona toplaşan insanlar arasında basırıq düşdüyünə görə 40-a yaxın adam xəsarət alıb. Papanın Afrikaya Kamerundan başlayan 7 günlük səfəri sona yaxınlaşır. XVI Benedikt Romaya Bazar ertəsi qayıdacaq.
XS
SM
MD
LG