Accessibility links

ABŞ hökuməti bankları dirçəltməyə çalışır


ABŞ maliyyə nazirliyi bu gün çətinliklərlə üzləşən vəsaitlərin alınması üçün yeni plan açıqlayıb. Məqsəd bank sistemində pul axınını bərpa etməkdir. Plana əsasən hökumət 100 milyard dollar və özəl investorların köməyi ilə pis vəsaitləri bankların hesab kitablarından siləcək. “İctimai Özəl İnvestisiya Proqramı” adlanan bu layihə vergiverənlərin pullarını özəl fondlarla birləşdirərək fəlakətə uğrayan banklardan 500 milyard dollar həcmində səhmlər alacaq. Rəsmilər ümid edirlər ki, toksik vəsaitlərdən qurtulan banklar yenidən kredit verməyə başlayacaq.
XS
SM
MD
LG