Accessibility links

Amnesty International: Edamlar azalır


Amnesty International deyir ki, dünya boyu ölüm hökmlərinin tətbiqi azalmaqdadır. İnsan hüquqları qrupunun açıqladığı yeni hesabata əsasən 2008-ci ildə qanunlarında ölüm hökmü təsbit edilən 59 ölkədən yalnız 29-u edam cəzalarını icra edib. 2008-ci ildə Ölüm Hökmləri və Edamlar adlanan hesabatda ötən il ərzində 2,400 adamın edam olunduğu bildirilir. 1,700 edamla Çin bu sırada birinci yerdə gedir. Çin, İran, Səudiyyə Ərəbistanı və Pakistanın ardınca Birləşmiş Ştatlar gəlir. Lakin Amnesty International-ın yazdığına görə ABŞ-ın tədricən edamdan üz döndərməsinə dair artan dəlillər müşahidə edilməkdədir. 2008-ci ildə 36 ştatdan yalnız 9-da ölüm cəzaları icra edilib ki, bunlar da əsasən cənub ştatlarını əhatə edir.
XS
SM
MD
LG