Accessibility links

Rusiya Ukrayna ilə hökümətlərarası danışıqlarını təxirə saldı


Rusiya Avropa Birliyi ilə Ukrayna arasında enerji razılaşmasına etiraz olaraq, Kiyevlə hökümətlərarası danışıqlarını təxirə salıb.

Moskva sözügedən anlaşmanı öz maraqlarına zidd sayır.

Danışıqların təxirə salınması barədə qərarı Rusiya prezidenti Dmitri Medvedev bu gün Moskvada elan edib.

Avropa Birliyi və Ukrayna rəsmiləri dünən Ukraynanın qaz tranzit sisteminin yenidən qurulmasına yardımla əlaqədar anlaşma imzalayıblar.

Öz növbəsində, Kiyev Avropa idxalçılarına Rusiya qazının etibarlı nəqlini təmin etməyi vəd edib.

Rusiyanın İtar-Tass xəbər agentliyinin məlumatına görə Medvedev Brüssel rasılaşmasının çoxsaylı suallar doğurduğunu bildirib və Rusiyanın bunu ətraflı araşdıracağını söyləyib.

XS
SM
MD
LG