Accessibility links

Türkiyədə hərbi təlim zamanı qumbara partlayıb


Türkiyə xəbər agentliklərinin məlumatına görə, ölkənin cənubunda keçirilən hərbi təlim zamanı qumbara partlaması nəticəsində azı bir türk hərbçisi həlak olub.

Müstəqil NTV telekanalının xəbərinə görə, insident bu gün Hatay vilayətindəki hərbi bazada baş verib.

Habertürk televiziyası isə hadisə zamanı daha 6 əsgərin yaralandığını bildirir.

Digər detallar barədə məlumat yoxdur.

XS
SM
MD
LG