Accessibility links

ABŞ dövlət katibi Meksika səfərinə başlayır


ABŞ dövlət katibi Hilllari Klinton bu gün iki günlük Meksika səfərinə başlayır. Xanım Klinton Meksika prezidenti Filipe Kalderon və xarici işlər naziri Patrisia Espinoza ilə görüşür. Amerika rəsmilərinin bildirdiyinə görə, səfərin məqsədi Meksikanın sabitliyinə hədə törədən narkotik maddə qaçaqmalçılığı ilə mübarizəyə yardım göstərilməsidir. ABŞ prezidenti Barak Obama Meksika sərhədlərində narkotiklərlə bağlı zorakılıqların qarşısının alınması üçün Amerikanın daha artıq iş görməsinin vacibliyini vurğulayıb. Obama administrasiyasınarkotik maddə, silah və qanunsuz pul qaçaqmalçılığı ilə mübarizə məqsədi ilə sərhədyanı regiona əlavə federal agentlər, ekspertlər və təchizat göndərilməsinə dair yeni plan açıqlayıb.
XS
SM
MD
LG