İraqa
terrorçu ötürməkdə şübhələnilən yüksək rütbəli Əl Qaeda lideri könüllü şəkildə
Səudiyyə Ərəbistanı hüquq mühafizə orqanlarına təslim olub. Səudiyyə daxili işlər nazirliyi bildirir ki,
Fahad əl Ruvayli krallığın 85 nəfərin daxil olduğu axtarış siyahısında idi. Rəsmilər deyir ki, o, ailə üzvləri ilə əlaqə saxlayaraq onlardan təslim
prosesini nizamlamağı xahiş edib.
Rəsmilər deyir ki, əl Ruvayli Suriya-İraq sərhədindəki təlim
düşərgələrinə başlıca fiqurlardan biri idi.
Səudiyyə Ərəbistanı şübhəlilərin siyahısını ötən ay açıqlayaraq
şübhəliləri təsılim olmağa çağırıb.