Rusiyanın dövlət qaz şirkəti Qazprom Azərbaycandan qaz almaq niyyəti ilə əlaqədar danışıqlara başlandığını açıqlayıb.
Qazpromun İdarə Heyətinin sədri Aleksey Miller və Azərbaycan Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev cümə günü Moskvada 2010-cu ildən qazın nəqlinə dair anlaşma memorandumu imzalayıblar.
Azərbaycan qazı Rusiyaya Xəzər boyunca, Bakıdan Novo-Filya şəhərinə gedən 200 kilometrlik kəmər vasitəsilə veriləcək.