Accessibility links

BMT-nin sponsorluğu ilə Əfqanıstan konfransı təşkil edilib


Bu gün BMT-nin sponsorluğu ilə Əfqanıstan konfransı təşkil edilib. Görüş İran da daxil edilməklə, tərəfdarşlar və rəqibləri bir araya gətirib. Dünya ölkələrinin liderləri Əfqanıstanda sabitliyin bərqərar edilməsinə dair beynəlxalq səyləri artıqmağa çalışır.

Amerika Birləşmiş Ştatlarını sammitdə təmsil edən dövlət katibi Hillari Klinton deyib ki, ABŞ Əfqanıstan hökumətinin bəzi Əl-Qaidə və Taliban üzvləri ilə barışıq çağırışlarını dəstəkləyir.Haaqa konfrasındakı çıxışı zamanı xanım Klinton Əfqanıstanın hamıya aid olan məsələ olduğunu deyib.

80 ölkə və təşkilat nümayəndələrinin iştirak etdiyi tədbirdə danışan Əfqanıstan prezidenti Həmid Karzay ölkəsinin durumunun ciddiliyini önə çəkib. O, beynəlxalq ictimaiyyəti Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bərpasına yardım göstərməyə çağırıb.

XS
SM
MD
LG