Konqresmen
Robert Veksler və ABŞ Konqresinin 3 yüksək rütbəli nümayəndəsi Ermənistan
prezidenti Serj Sarkisyana və Türkiyə prezidenti Abdullah Gülə göndərdikləri
məktubda Emənistan-Türkiyə yaxınlaşmasına güclü dəstəklərini ifadə
ediblər. Məktubda Nümayəndələr Palatasının
xarici əlaqələr komitəsinin sədri Veksler, Nümayəndələr Palatasının silahlı
qüvvələr komitəsinin sədri Con Murta və müdafiə məsələləri üzrə alt komitənin
sədri Elsi Heystinqs Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılmasına
yönəlik səyləri alqışlayıblar. “Birləşmiş
Ştatlar və beynəlxalq ictimaiyyətin
Ermənistan və Türkiyəyə öz əlaqələrini normallaşdırma və Qafqazda müsbət
dionamika yaratma səylərini dəstəkləməsi vacibdir,” deyə cənab Veksler
bildirib. Onun sözlərinə görə iki ölkə
arasında əməkdaşlığın bünövrəsinin qoyulması və diplomatik təmasların yaranması
həm ABŞ, həm də Türkiyə və Ermənistanın maraqlarına xidmət edir.