Accessibility links

Londonda sammitə etiraz nümayişləri keçirilir


Minlərlə qəzəbli nümayişçi Londonun mərkəzinə toplaşaraq Böyük İyirmiliyin sammitinə etiraz edirlər. Polis qüvvələri şəhərdə ən iri təhlükəsizlik əməliyyatı təşkil edib. Çərşənbə günü səhər nümayişçilər İngiltərə Bankı yaxınlığında polis barrikadalarını sıxışdırmağa başlayıblar. Onlar "Maliyyə Aldatma Günündə" bankları zəbt etməklə hədələyirlər. Televiziyada polislərlə toqquşan nümayişçilərin qana bulaşdığı kadrlar göstərilib. Polis həmçinin izdihamın qarşısını London Birjası və başqa maliyyə təssisatları qarşısında almağa çalışır. Polis deyir ki, 2500 uniformalı polis iyirmiliyin sammitində asayişi qoruyur. Bütün gün ərzində etiraz nümayişləri planlaşdırılıb.
XS
SM
MD
LG