Accessibility links

Ukraynada prezident seçkiləri oktyabrın 25-ə təyin olundu


Ukrayna parlamenti böyük səs çoxluğu ilə ölkədə prezident seçkilərinin vaxtının oktyabrın 25-ə təyin olunmasına səs verib.

Qərar bu səhər parlamentdə 450 üzvdən 401-nin dəstəyini qazanıb.

Bir sıra təhlilçilər seçkinin 2010-cu ildə, hazırkı prezident Viktor Yuşşenkonun 5 illi müddətinin tam bitməsindən sonra keçiriləcəyini proqnozlaşdırırdılar.

Yuşşenko administrasiyasının məsul nümayəndəsi isə bu qərarı konstitusiyaya zidd adlandırıb.

Səsvemədən az sonra Yuşşenkonun administasiya rəhbərinin müavini Marina Stavniçuk bu qərarla əlaqədar prezidentin Konstitusiya Məhkəməsinə müraciət edəcəyini bildirib.

XS
SM
MD
LG