Accessibility links

Rusiyada daha bir jurnalistin qətlə yetirildiyi deyilir


Rusiyanın müxalif“Vətəndaş Razılığı” qəzetinin redaktoru Anatoli Yurovun bildirdiyinə görə, qəzetin jurnalisti Sergey Protazanov evində döyüldükdən bir gün sonra vəfat edib. Cənab Yurov naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülən Protazanovun xəstəxanaya çatdırıldığını və həkimlərin onu evinə göndərməsindən sonra öldüyünü deyib. Rusiya rəsmiləri isə RİA Novosti xəbər agentliyinəbildirdmişlər ki, Protazanovun ölümünə səbəb onun zəhərlənməsi olub. Rəsmilər Protazanovun bir gün əvvəl, bazar günü şərxoş vəziyyətdə evinin yaxınlığında uzandığını, yanında isə ağrıkəsici dərman olduğunu demişlər. Protazanovun çalışdığı qəzetin redaktoru deyib ki, jurnalist Moskva bölgəsinin Ximki şəhərində keçirilən seçkilərdə baş verən saxtakarlıqlar barədə reportaj hazırlayırdı.

XS
SM
MD
LG