Accessibility links

Barak Obama Cənubi Koreya prezidenti ilə görüşüb


ABŞ prezidenti Barak Obamanın sözlərinə görə, Vaşinqton Cənubi Koreya ilə azad ticarət razılaşmasının əldə edilməsində irəliləyiş olmasını istəyir. Böyük İyirmilik sammiti çərçivəsində Cənubi Koreya prezidenti Li Myunq-Bakla görüşü zamanı cənab Obama sazişin əldə olunması üçün mövcud çətinlikləri başa düşdüyünü dilə gətirib. Ancaq o bildirib ki, tərəflər razılaşmada inkişafa nail olmaq üçün müzakirələri davam etdirməlidir. ABŞ rəsmilərinin sözlərinə görə, razılaşmanın proqresi barədə heç bir vaxt müəyyən edilməyib. Əldə olunan konsensus ilə sazişin təsdiqi uzun vaxt ala bilər. ABŞ və Cənubi Koreya azad ticarət razılaşmasını 2007-ci ildə imzalayıb. Ancaq sənəd heç bir ölkənin parlamenti tərəfindən təsdiq edilməyib.
XS
SM
MD
LG